Bu ilin noyabrın 1-nə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 2,762 milyon əməliyyat üzrə 1,463 milyard manat vəsait daxil olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 18% azalaraq 605,8 min ədəd, daxil olan vəsaitin həcmi isə 12,6% azalaraq 210,5 milyon manat təşkil edib.
Eyni zamanda, noyabrın 1-nə sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan kənara 808,6 min əməliyyat üzrə 405 milyon manat vəsait göndərilib. Bu, əməliyyatların sayına görə 32,3% (386,8 min ədəd), vəsait həcminə görə isə 23,3% (122,8 milyon manat) azalma deməkdir.
Fuad Mədətov
Finss.az
