2025-ci ilin noyabrın 1-nə Azərbaycanda banklar və qeyri-banklar inşaat və tikinti sektoruna 1,832 milyard manat kredit ayırıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 12,3 milyon manat və ya 0,7% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 81,4 milyon manat və ya 4,2% azalıb.
Eyni zamanda, noyabrın 1-nə ölkədə real sektora ümumi kredit qoyuluşu üzrə portfel 31,714 milyard manat təşkil edib. Bu, oktyabr ayı ilə müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin analoji dövrü ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% çoxdur.
Fuad Mədətov
Finss.az
