BANK

04 Dekabr

Azərbaycan banklarının sənaye sahəsinə biznes kreditləri azalıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının sənaye sahəsi üzrə biznes kredit portfeli 2,692 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 8 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 101,9 milyon manat və ya 3,6% azalma müşahidə olunub.

Məlumata əsasən, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin həcmi 2025-ci ilin oktyabrın 1-nə 2,684 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 2,794 milyard manat olub.

Qeyd edilir ki, noyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,404 milyard manat təşkil edib, ki, bu da oktyabrın 1-i ilə müqayisədə 0,4% və ya 127,6 milyon manat artım deməkdir. Kredit portfelinin 15,623 milyard manatı (53,1%) biznes kreditləri, 9,232 milyard manatı (31,4%) istehlak kreditləri, 4,548 milyard manatı (15,5%) isə ipoteka kreditlərindən ibarətdir.

Fuad Mədətov
Finss.az