2025-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1,512 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 9,2 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 34,8 milyon manat və ya 2,4% artıb.
Qeyd edilir ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin həcmi 2025-ci ilin oktyabrın 1-nə 1,502 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,477 milyard manat təşkil etmişdi.
Eyni zamanda, noyabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 29,404 milyard manat olub ki, bu da oktyabrın 1-i ilə müqayisədə 0,4% və ya 127,6 milyon manat artım deməkdir. Kredit portfelinin 15,623 milyard manatı (53,1%) biznes kreditləri, 9,232 milyard manatı (31,4%) istehlak kreditləri, 4,548 milyard manatı (15,5%) isə ipoteka kreditlərindən ibarətdir.
Fuad Mədətov
Finss.az
