BANK

04 Dekabr

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,693 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 19,3 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrünə nisbətən isə 126,9 milyon manat və ya 8,1% artıb.

Bununla yanaşı, noyabrın 1-nə ölkədə real sektora qoyulmuş kredit portfeli 31,714 milyard manat olub. Bu, oktyabrın 1-i ilə müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% çoxdur.

Fuad Mədətov
Finss.az