BANK

04 Dekabr

Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşları artıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən rabitə və nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 2,124 milyard manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 29 milyon manat və ya 1,4%, ötən ilin eyni dövrünə nisbətən isə 311,2 milyon manat və ya 17,2% çox olub.

Eyni zamanda, noyabrın 1-nə ölkədə real sektora qoyulmuş kredit portfeli 31,714 milyard manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% artım deməkdir.

Fuad Mədətov
Finss.az