BANK

04 Dekabr

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlər artıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə kredit qoyuluşları 3,442 milyard manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, oktyabrın 1-i ilə müqayisədə bu göstərici 24,3 milyon manat artıb. Ötən ilin eyni dövrünə nisbətən kredit qoyuluşları 418,3 milyon manat çox olub.

Cari ilin oktyabrın 1-nə mikro sahibkarlığa verilən kreditlərin həcmi 3,418 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 3,024 milyard manat təşkil edib.

Azərbaycan banklarının biznes kredit portfeli noyabrın 1-nə 15,623 milyard manat olub. Oktyabrın 1-i ilə müqayisədə portfel 78,8 milyon manat artıb, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat çoxalıb.

Fuad Mədətov
Finss.az