Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirib.
Finss.az xəbər verir ki, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələləri müzakirə edilib. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqinə dair təcrübələr nəzərdən keçirilib.
Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılması barədə fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Finss.az

