2025-ci ilin noyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki,bu, oktyabrın 1-i ilə müqayisədə 9,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 56,8 milyon manat və ya 3,6% artım deməkdir.
Cari ilin oktyabrın 1-nə kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,573 milyard manat təşkil edib.
Bildirilib ki, noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 15,623 milyard manat olub, bu da oktyabr ayı ilə müqayisədə 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və ya 6,8% çoxdur.
Fuad Mədətov
Finss.az
