BANK

03 Dekabr

AMB-nin bank və BOKT-lərə xalis tələbləri 7,992 milyard manat olub

Bu ilin noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,992 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 764,3 milyon manat və ya 8,7% azalıb.

Həmçinin, noyabrın 1-nə olan xalis tələblər ötən ilin eyni dövrü ilə müqayisədə 2,362 milyard manat və ya 22,8% azalıb.

Qeyd olunur ki, 2025-ci ilin oktyabrın 1-nə AMB-nin banklara və BOKT-lərə xalis tələbləri 8,757 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 10,354 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az