Bu ilin noyabrın 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,266 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabr ayının 1-i ilə müqayisədə 15,9 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 471 milyon manat və ya 26,2% artım deməkdir.
Cari ilin oktyabr ayının 1-nə orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,250 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,795 milyard manat təşkil etmişdi.
Qeyd olunur ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 15,623 milyard manat olub. Bu göstərici oktyabr ayına nisbətən 78,8 milyon manat və ya 0,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 995,3 milyon manat və ya 6,8% yüksəlib.
Fuad Mədətov
Finss.az
