Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express” kartları vasitəsilə 5,9 min əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 0,9 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, əvvəlki ayla müqayisədə əməliyyatların sayı 1,056 milyon və ya 99,4%, əməliyyatların həcmi isə 26,3 milyon manat və ya 96,7% azalıb.
Qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların sayı 1,9 milyon, ümumi həcmi isə 1 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilərdə müvafiq olaraq 0,5 min və ya 35,7% artım, əməliyyatların həcmi isə 0,1 milyon manat və ya 11,1% artım müşahidə edilib.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən bütün tranzaksiyaları, qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan əməliyyatları əhatə edir.
Fuad Mədətov
Finss.az
