Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları vasitəsilə 141,1 milyon əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 7,8 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, əvvəlki ayla müqayisədə əməliyyatların sayı 39,3 milyon və ya 38,6%, əməliyyatların həcmi isə 1,6 milyard manat və ya 25,6% artıb.
Qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 1,1 milyon, ümumi həcmi isə 88,6 milyon manat olub.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən bütün tranzaksiyaları, qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan əməliyyatları əhatə edir.
Fuad Mədətov
Finss.az
