2025-ci ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,169 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 127,6 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% çoxdur. Vaxtı keçmiş kreditlərin həcmi isə 544,8 milyon manat təşkil edib.
Dövr ərzində banklar və qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub. Noyabrın 1-nə bu sahəyə qoyulmuş kreditlərin həcmi 18,584 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard manat və ya 12% çoxdur.
Hesabat dövründə:
- Ticarət və xidmət sektoruna 4,222 milyard manat kredit qoyulub, ki, bu da illik müqayisədə 5% artım deməkdir.
- Nəqliyyat və rabitə sektoruna 2,124 milyard manat kredit ayrılıb, ki, bu göstərici 17,2% artıb.
- İnşaat və tikinti sektoruna qoyulmuş kredit 1,832 milyard manat olub və 4,2% azalıb.
- Sənaye və istehsal sektoruna kredit qoyuluşu 1,693 milyard manat təşkil edib, ki, bu da 8,1% artım deməkdir.
- Mədənçıxarma, elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 694,8 milyon manat kredit ayrılıb, ki, bu göstərici 24% azalıb.
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə 571,4 milyon manat kredit qoyulub, ki, bu da 3,9% artım deməkdir.
Fuad Mədətov
Finss.az
