2025-ci ilin noyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,285 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 29,1 milyon manat və ya 0,3% çox, ötən ilin eyni dövrünə nisbətən isə 49,2 milyon manat və ya 0,6% artım deməkdir.
Oktyabrın 1-nə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 8,236 milyard manat təşkil edib.
Eyni zamanda, noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat olub ki, bu göstərici əvvəlki aya nisbətən 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 995,3 milyon manat və ya 6,8% çoxdur.
Fuad Mədətov
Finss.az
