BANK

03 Dekabr

Azərbaycanda milli valyutada kredit qoyuluşları artıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının ümumi məbləği 31,169 milyard manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu kreditlərin 544,8 milyon manatı vaxtı keçmiş kreditlərdir.

Cəmi kredit qoyuluşlarının 26,9 milyard manatı milli valyutada, 4,216 milyard manatı isə xarici valyutada verilib. Milli valyutadakı kreditlərin 447,7 milyon manatı, xarici valyutadakı kreditlərin isə 97,1 milyon manatı vaxtı keçmiş hesab olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə, milli valyutada qoyulmuş kreditlər 2,9 milyard manat və ya 11,9% artıb, xarici valyutada olan kreditlər isə 478,8 milyon manat və ya 10,2% azalıb.

Hesabat dövründə, milli valyutadakı kreditlərin 4,4 milyard manatı qısamüddətli, 22,6 milyard manatı isə uzunmüddətli olub. Xarici valyutadakı kreditlərin 1,1 milyard manatı qısamüddətli, 3,1 milyard manatı uzunmüddətli kreditlərdən ibarət olub.

Fuad Mədətov
Finss.az