Mərkəzi Bank tərəfindən banklar və poçt rabitəsinin milli operatorunun nümayəndələri üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırımasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsinə dair növbəti təlim keçirilib.
Finss.az xəbər verir ki, təlimdə Mərkəzi Bank əməkdaşları tərəfindən “Daxili nəzarət proqramının tətbiqində mövcud olan çatışmazlıqlar”, “Daşınmaz əmlakdan leqallaşdırılma məqsədilə sui-istifadə”, “Şübhəli hallara dair yeni və ən çox yayılmış tipologiyalar”, “Kart əməliyyatları üzrə risklər və nəzarət mexanizmi” və “Maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları zamanı yaranan risklər” mövzuları üzrə mühüm məlumatlar əhatə olunub.
Təlimdə sözügedən mövzulara dair qanunvericilik tələbləri və onların praktik tətbiqinə dair əsas diqqət yetirilməli məqamlar geniş müzakirə edilib. İştirakçıların mövzu üzrə sualları cavablandırılıb.

