BANK

02 Dekabr

Azərbaycan manatının dövretmə sürəti aylıq 1,2% artıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası-manatın dövretmə sürəti 3,45 bənd olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd və ya 1,2% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,14 bənd və ya 3,9% azalma deməkdir.

Qeyd edək ki, oktyabrın 1-nə manatın dövretmə sürəti 3,41 bənd, 2024-cü ilin noyabrın 1-nə isə 3,59 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistik məlumatına görə, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayında 2,68 bənd, ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd olaraq qeydə alınıb.

Fuad Mədətov
Finss.az