BANK

02 Dekabr

Azərbaycanda manatla pul kütləsi artıb

2025-ci ilin noyabrın 1-nə Azərbaycana geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,491 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 495 milyon manat və ya 1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3 milyard manat və ya 6,8% çoxdur.

Eyni zamanda noyabrın 1-nə manatla pul kütləsi (M2 aqreqatı) 37,027 milyard manat olub. Bu, aylıq müqayisədə 160,7 milyon manat və ya 0,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 6,9% çoxdur.

Hesabat dövründə M1 pul aqreqatı 29,031 milyard manata bərabər olub. Bu göstərici aylıq müqayisədə 437,8 milyon manat və ya 1,5% azalıb, illik müqayisədə isə 1,6 milyard manat və ya 5,8% artıb.

Bununla yanaşı, banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,083 milyard manat təşkil edib. Aylıq müqayisədə 71,4 milyon manat və ya 0,4%, illik müqayisədə isə 1,3 milyard manat və ya 8,5% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az