2025-ci ilin noyabrın 1-nə Qarabağ iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 106,299 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 9,8 milyon manat və ya 10,2%, 2024-cü ilin noyabrın 1-nə nisbətən isə 14,1 milyon manat və ya 15,3% çoxdur. Hesabat dövründə Qarabağ iqtisadi rayonunda əmanətlərin orta faiz dərəcəsi 5,30% olub.
Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 981 min manat təşkil edib. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 146 min manat və ya 17,5% çoxdur. Hesabat dövründə bu regionda əmanətlərin orta faiz dərəcəsi 4,03% olub.
Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-nə Azərbaycanın bütün regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,907 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 112,3 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,6 milyard manat və ya 11,5% artıb.
Fuad Mədətov
Finss.az
