2025-ci ilin noyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 524,483 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 4,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 43,9 milyon manat və ya 9,1% artım deməkdir. Hesabat dövründə region üzrə kreditlərin orta faiz dərəcəsi 19,72% olub.
Kreditlərin 522,231 milyon manatı milli valyutada, 2,252 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşları əvvəlki ayla müqayisədə 770 min manat və ya 3,4% artaraq 23,076 milyon manat təşkil edib. Bu regionda kreditlərin orta faiz dərəcəsi 14,30% olub. Kreditlərin 14,216 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə SDV-də yerləşdirilib.
Ümumilikdə, 2025-ci ilin noyabrın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi 29,404 milyard manat olub. Bu göstərici əvvəlki ayla müqayisədə 127,5 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat və ya 8,6% artım göstərir.
Fuad Mədətov
Finss.az
