BANK

01 Dekabr

İKZF kredit portfeli azalsa da, istiqraz həcmi artıb

2025-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon manat və ya 3,1% azalma deməkdir.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 351 milyon manat təşkil edib ki, bu da 27,8 milyon manat və ya 7,3% azalma deməkdir.

Dövr ərzində Fondun yerləşdirdiyi istiqrazların həcmi 50 milyon manat və ya 10% artaraq 550 milyon manata çatıb.

Bundan əlavə, dövlət büdcəsindən fonda ayrılmış vəsait 1,8 milyon manat və ya 2,7% azalma ilə 63,9 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az