2025-ci ilin noyabrın 1-nə Azərbaycanda bank sektorunun xarici öhdəlikləri 2,960 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ilin əvvəlinə nisbətən 374,2 milyon manat çoxdur.
Məlumata görə, xarici öhdəliklərdəki artım əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcminin yüksəlməsi ilə bağlıdır.
Fuad Mədətov
Finss.az
