Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bankların maliyyə göstəricilərində artım qeydə alınıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə bank sektorunun xalis mənfəəti 986,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni ayları ilə müqayisədə 8% artım deməkdir.
Bankların əməliyyat mənfəəti 1,5 milyard manat olub və bu göstərici illik müqayisədə 7,5% yüksəlib.
Hesabat dövründə banklar tərəfindən ümumilikdə 241,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
