2025-ci il noyabrın 1-nə olan göstəricilərə görə, Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 56,3 milyard manata çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artım deməkdir.
Bank sektorunun cəmi öhdəlikləri 49,2 milyard manat, balans kapitalı isə 7,2 milyard manat səviyyəsində formalaşıb.
Ay ərzində bankların kredit portfeli 127,6 milyon manat və ya 0,4% artaraq 29,4 milyard manat təşkil edib. Kredit portfelinin tərkibində biznes kreditləri 53,1% (15,6 milyard manat), istehlak kreditləri 31,4% (9,2 milyard manat), ipoteka kreditləri isə 15,5% (4,5 milyard manat) paya malik olub.
Fuad Mədətov
Finss.az
