BANK

24 phrase_var_core.november

Rusiya Mərkəzi Bankı: 2025-ci ilin III rübündə problemli kreditlər 5,5% artıb

Finss.az xəbər verir ki, Rusiya Mərkəzi Bankın "Bank Sektoru" icmalına görə, 2025-ci ilin üçüncü rübündə kiçik və orta sahibkarlıq subyektləri də daxil olmaqla, hüquqi şəxslərə verilən problemli kreditlər, valyuta yenidən qiymətləndirilməsi nəzərə alınmaqla 5,5% (və ya 0,5 trilyon rubl) artaraq 10,4 trilyon rubla çatıb ki, bu da portfelin 11,4%-ni təşkil edir.

Bu artımın əsas səbəbi mədən və metal şirkətlərində riskli restrukturizasiyaların artmasıdır (0,6 trilyon rubl). Mərkəzi Bank qeyd edir ki, bu sektorda bəzi borcalanlarda daxili tələbatın və məhsul qiymətlərinin azalması, eləcə də yüksək kredit faizləri səbəbindən problemlər yaranıb.