2025-ci ilin oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) olan xalis tələbləri 8,757 milyard manat səviyyəsində olub.
Finss.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-nə nisbətən 683,7 milyon manat və ya 8,5 % artıb.
Lakin illik müqayisədə xalis tələblər 859,6 milyon manat və ya 8,9 % azalıb.
2025-ci ilin sentyabrın 1-nə xalis tələblər 8,073 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 9,616 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az
