BANK

13 Noyabr

Sumqayıtda daha 219 yeni mənzil satmaq öhdəliyi ilə kirayəyə təqdim olunur

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 219 tam təmirli yeni mənzili vətəndaşlara təklif edir.

Bu barədə Finss.az-a İKZF-dan məlumat verilib.

Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişlər 347 manatdan başlayır. Yeni mənzillərin seçimi 20 noyabr 2025-ci il, saat 15:00-dan etibarən açıq olacaq.

Vətəndaşlar təqdim olunan mənzillərin siyahısı ilə Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən (e-gov.az portalına inteqrasiya olunmuş şəkildə) tanış ola və seçim edə bilərlər.

Satmaq öhdəliyi ilə kirayəyə verilmə prosesi, müraciətlərin qəbulu, seçim və rəsmiləşdirmə barədə ətraflı məlumat Fondun rəsmi saytı (www.mcgf.gov.az), Youtube kanalı (@ipotekavekreditzemanetfondu)“1549” Çağrı Mərkəzi vasitəsilə əldə oluna bilər.

Qeyd edək ki, indiyədək bu mexanizm çərçivəsində 8 456 kirayə müqaviləsi bağlanıb.

Fuad Mədətov
Finss.az