BANK

04 Noyabr

Mərkəzi Bank maliyyə sektorunda uyğunluq və risk qiymətləndirməsi üzrə təlimlər keçirib

29–30 oktyabr tarixlərində Mərkəzi Bank tərəfindən “Müştəri uyğunluğu tədbirlərinin tətbiqi”“İnstitusional risk qiymətləndirməsi” mövzularında onlayn formatda təlimlər keçirilib.

Finss.az xəbər verir ki, təlimlərdə bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, həyatın yığım sığortası ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, ödəniş və elektron pul təşkilatları, maliyyə lizinqi xidmətləri göstərən şəxslərlombardların əməkdaşları iştirak edib.

Bununla yanaşı, 31 oktyabr tarixində valyuta mübadiləsi məntəqələrinin əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qanunvericiliyin tələbləri” mövzusunda Mərkəzi Bankda canlı formatda təlim təşkil olunub.

Keçirilən silsilə təlimlərdə müştəri uyğunluğu tədbirlərinin tələbləri, institusional risk qiymətləndirməsinin metodologiyası, həmçinin ümumilikdə ƏL/TMM sisteminin mahiyyətiqanunvericiliyin digər tələbləri üzrə geniş müzakirələr aparılıb.

Fuad Mədətov
Finss.az