BANK

03 Noyabr

Azərbaycan Mərkəzi Bankı "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Finss.az AMB-nin məlumatına əsaəsn xəbər verir ki, iyul ayında “İnci Kredo Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin II rübü üzrə hesabatlarKredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilib.

Buna görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi əsas götürülərək, AMB tərəfindən “İnci Kredo” Kredit İttifaqına bu hesabatların qanunvericilikdə müəyyən edilmiş müddətdə təqdim olunması ilə bağlı icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Finss.az