BANK

31 Oktyabr

Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə əməliyyatlar artıb

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 255,8 min əməliyyat üzrə 152,9 milyon manat vəsait daxil olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, əməliyyat sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min ədəd və ya 1,9% az, vəsait həcmi isə 22,5 milyon manat və ya 17,2% çox olub. Bu dövr ərzində bir ödənişin orta məbləği 597,7 manat təşkil edib ki, bu da illik müqayisədə 97,8 manat və ya 19,6% artım deməkdir.

Eyni zamanda, sürətli pul köçürmə sistemləri ilə banklardan kənara 65,2 min əməliyyat üzrə 43,2 milyon manat vəsait köçürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat sayı 25,5 min ədəd və ya 28,1% az, vəsait həcmi isə 3,7 milyon manat və ya 7,9% azalıb. Bu ödənişlərin orta məbləği 663,1 manat təşkil edib ki, bu da illik müqayisədə 145,5 manat və ya 28,1% artım deməkdir.

Fuad Mədətov
Finss.az