2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd və ya 0,9% artıb, ötən ilin oktyabr ayının eyni dövrü ilə müqayisədə isə 0,05 bənd və ya 1,4% azalıb.
Qeyd olunur ki, sentyabrın 1-nə manatın dövretmə sürəti 3,38 bənd, 2024-cü ilin oktyabrında isə 3,46 bənd təşkil etmişdi.
AMB-nin statistikasına görə, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı səviyyəsi 2015-ci ilin yanvar ayının sonunda 2,68 bənd, ən yüksək səviyyəsi isə 2005-ci ildə 15,72 bənd olaraq qeydə alınıb.
Fuad Mədətov
Finss.az

