BANK

30 Oktyabr

Azərbaycanda bank öhdəliklərinin 75%-i depozitlərdən ibarətdir

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin 74,7%-i, yəni 36,588 milyard manatı depozit portfelinə aiddir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, depozitlərin 58%-i hüquqi şəxslərə (21,211 milyard manat), 42%-i fiziki şəxslərə (15,377 milyard manat) düşür.

Fiziki şəxslərin əmanətlərinin valyuta üzrə strukturu belədir:

  • Milli valyuta: 67,7% (10,405 milyard manat)
  • Xarici valyuta: 32,3% (4,972 milyard manat)

Həmçinin, fiziki şəxslərin depozitlərinin 63,2%-i müddətli əmanətlərdən ibarətdir. Sentyabr ayında müddətli əmanətlər 1,7% (159,5 milyon manat), tələbli əmanətlər isə 2,4% (131,4 milyon manat) artıb.

Fuad Mədətov
Finss.az