Ölkənin texnologiya icması 11 oktyabr 2025-ci il tarixində Bir ekosisteminin təşkilatçılığı ilə keçirilən “DevDay 2025” tədbirində bir araya gələrək, gələcəyin texnologiyalarını, innovasiyalarını və biznes imkanlarını müzakirə etdi. Tədbirdə “İT biznes analitikası”, “QA”, “DevOps” və digər mühüm sahələri əhatə edən 16 yerli və xarici spikerin çıxışı dinlənildi. Bu geniş spiker heyəti iştirakçılara müxtəlif texnoloji perspektivlərlə zəngin və praktik biliklər əldə etmək imkanı verdi.
Qeyd edək ki, “DevDay 2025”in inkişaf yolu Bir ekosisteminin daxili bilik mübadiləsi təşəbbüsü kimi başlayıb. Əvvəllər bu təşəbbüs Birbank mütəxəssislərini, həmçinin m10 və Birmarket kimi digər Bir brendlərindən olan peşəkarları təcrübə mübadiləsi üçün bir araya gətirirdi. Uğurlu təcrübənin nəticəsi olaraq, təşəbbüs böyüdü və bu gün bütün texnologiya icmasına açıq olan DevDay.az platformasına çevrildi.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov tədbirin əhəmiyyətini öz sosial media hesabında belə ifadə etdi: “Bir il əvvəl #TechDays təşəbbüsünü yaradarkən məqsədimiz Bir ekosisteminin fərqli brendlərində (Birbank, PashaPay, Birmarket) çalışan mühəndislərimizi bir araya gətirərək, təcrübələrin bölüşüldüyü bir mühit yaratmaq idi. Bu gün isə həmin mühit bütün texnologiya ictimaiyyətinə açıq olan DevDay.az platformasına çevrildi. Bir daha əmin oldum ki, Bir ekosistem artıq ölkəmizin texnoloji gələcəyinin bir parçasına çevrilib və biz yeni bir texnologiya mədəniyyəti formalaşdırırıq. Bu möhtəşəm uğurun səbəbkarı olan hər bir komanda üzvü ilə fəxr edirəm”.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

