2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının sərbəst qalığı depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməyə başlanıb.
Finss.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, ilin aprel-oktyabr aylarında keçirilmiş 22 depozit hərracında ümumilikdə 10,4 milyard manat vəsait yerli banklarda depozitə yönləndirilib.
Məlumata əsasən, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri əldə edilib. Onun 66,6 milyon manatı isə vaxtı çatmış məbləğ kimi dövlət büdcəsinə ödənilib.