2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Azər Türk Bank ASC-nin aktivləri 1 849 217 000 manat təşkil edib və illik 11,3% azalma qeydə alınıb.
Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 787 660 min manat səviyyəsində olub və illik 1,5% azalma müşahidə edilib.
Xalis mənfəət isə 9 376 000 manat təşkil edib.
Bu göstəricilər göstərir ki, bankın həm aktivləri, həm də kredit portfeli azalsa da, mənfəət sabit qalıb.
Fuad Mədətov
Finss.az