2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Yapı Kredi Bank Azərbaycan QSC-nin aktivləri 657 095 800 manat təşkil edib və illik 10,0% azalma müşahidə olunub.
Bankın kredit portfeli 434 127 min manat səviyyəsində olub və illik 36,7% artım qeydə alınıb.
Xalis mənfəət isə 7 712 020 manat təşkil edib.
Bu göstəricilər göstərir ki, bankın aktivləri azalsa da, kredit portfeli sürətlə artıb və mənfəət sabit qalıb.
Fuad Mədətov
Finss.az