BANK

20 Oktyabr

Bank Melli İran Bakı filialı-nın aktivləri artıb, kredit portfeli azalıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Bank Melli İran Bakı filialının aktivləri 121 328 270 manat təşkil edib və illik 1,9% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 2 228 min manat səviyyəsində olub və illik 29,9% azalma qeydə alınıb.

Xalis mənfəət isə 4 378 338 manat təşkil edib.

Bu göstəricilər bankın aktivlərinin müsbət dinamika göstərdiyini, lakin kredit portfelində əhəmiyyətli azalma müşahidə olunduğunu, mənfəətinin isə sabit qaldığını göstərir.

Fuad Mədətov
Finss.az