BANK

20 Oktyabr

Bank of Baku ASC-nin aktivləri və kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Bank of Baku ASC-nin aktivləri 1 117 642 368 manat təşkil edib və illik 19,6% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 872 372 min manat səviyyəsində olub və illik 14,7% artım qeydə alınıb.

Xalis mənfəət isə 24 020 238 manat təşkil edib.

Bu göstəricilər Bank of Baku-nun aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin stabilliyini təsdiqləyir.

Fuad Mədətov
Finss.az