Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” icmalı çərçivəsində Azərbaycanda istehlak qiymətlərinin dinamikasını açıqlayıb.
BVF-in məlumatına əsasən, son illərdə inflyasiya aşağıdakı kimi olub:
- 2007–2016: ortaillik 7,2 %
- 2017: 12,9 %
- 2018: 2,3 %
- 2019: 2,6 %
- 2020: 2,8 %
- 2021: 6,7 %
- 2022: 13,9 %
- 2023: 8,8 %
- 2024: 2,2 %
BVF proqnozlaşdırır ki, 2025-ci ildə inflyasiya 5,7 %, 2026-cı ildə isə 4,5 % olacaq, bu da 2024-cü ilin 2,2 % göstəricisi ilə müqayisədə artımdır. Son oktyabr proqnozu apreldə açıqlanmış hesabatla üst-üstə düşür.
Fuad Mədətov
Finss.az