Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın son iki onillik üzrə real ÜDM artımını açıqlayıb və növbəti illərə dair proqnoz verib.
BVF-in məlumatına əsasən, Azərbaycanın real ÜDM artımı son illərdə belə olub:
- 2007–2016: illik orta 5,6 %
- 2017: 0,2 %
- 2018: 1,5 %
- 2019: 2,5 %
- 2020: –4,2 %
- 2021: 5,6 %
- 2022: 4,7 %
- 2023: 1,4 %
- 2024: 4,1 %
Yenilənmiş proqnoza görə, 2025-ci ildə artım 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində olacaq, bu isə 2024-cü ilin 4,1 % göstəricisi ilə müqayisədə azalmadır.
Fuad Mədətov
Finss.az