2025-ci ilin sentyabr ayının 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin ümumi məbləği 3,347 milyard manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici avqust ayı ilə müqayisədə 59 milyon manat və ya 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 465 milyon manat və ya 16% artım göstərib.
Məlumatda qeyd olunur ki, 2025-ci ilin avqust ayının 1-nə mikro sahibkarlığa verilmiş kreditlərin həcmi 3,287 milyard manat, 2024-cü ilin sentyabr ayının 1-nə isə 2,772 milyard manat olub.
Eyni zamanda, 1 sentyabr 2025-ci il tarixinə Azərbaycan banklarının biznes kredit portfeli 15,092 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az