BANK

10 Oktyabr

Azərbaycanda orta sahibkarlara verilən kreditlər illik 22%-dən çox artıb

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 137 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu göstərici avqustun 1-i ilə müqayisədə 119 milyon manat və ya 5,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 390 milyon manat və ya 22,3% artıb.

Belə ki, 2025-ci ilin avqustun 1-nə orta sahibkarlara verilən kreditlərin həcmi 2 milyard 17 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1 milyard 747 milyon manat təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 15 milyard 92 milyon manat olub.

Fuad Mədətov
Finss.az