BANK

10 Oktyabr

Azərbaycanda iri sahibkarlara kredit verilişi illik müqayisədə artıb

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu göstərici cari ilin avqust ayı ilə müqayisədə 2,3% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 2,4% artım göstərir.

Qeyd edək ki, 2025-ci ilin avqustun 1-nə iri sahibkarlara verilən kreditlərin həcmi 8,221 milyard manat, 2024-cü ilin sentyabrın 1-nə isə 7,848 milyard manat idi.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 15,092 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az