BANK

10 Oktyabr

Azərbaycanda sürətli pul köçürmələrində əməliyyat və vəsait həcmi artıb

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 271,3 min əməliyyat üzrə 163,6 milyon manat vəsait daxil olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat sayı üzrə 0,2%, vəsait həcmi üzrə isə 13,8% artım deməkdir.

Hesabat dövründə bir əməliyyatın orta məbləği 603,2 manat təşkil edib, bu da ötən ilin sentyabrın 1-nə nisbətən 13,5% çoxdur.

Eyni zamanda, banklardan kənara sürətli pul köçürmələri 65,1 min əməliyyat üzrə 38,2 milyon manat təşkil edib, bu göstərici əməliyyat sayı üzrə 28,7%, vəsait həcmi üzrə isə 12,2% azalma deməkdir.

Dövr ərzində banklardan kənara aparılan əməliyyatların orta məbləği 586,5 manat olub, bu da ötən ilin iyulun 1-nə nisbətən 23% çoxdur.

Fuad Mədətov
Finss.az