BANK

10 Oktyabr

Azərbaycan banklarının tikinti sektoruna kredit qoyuluşu artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,815 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, göstərici aylıq müqayisədə 27,3 milyon manat və ya 1,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,1 milyon manat və ya 0,4% azalıb.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat təşkil edib.

Kredit portfeli aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,9 milyard manat və ya 10,2% artım göstərib.

Fuad Mədətov
Finss.az