BANK

07 Oktyabr

Azərbaycan banklarında müddətli əmanətçilərin sayı artıb - Ataxan Həsənov

Azərbaycan banklarında müddətli əmanətçilərin sayı artıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin ilk yarısında banklarda müddətli unikal əmanətçilərin sayı ötən ilin sonu ilə müqayisədə 11,7% artaraq 168,2 min nəfəri ötüb.

A.Həsənov qeyd edib ki, bu artım sektorun maliyyə-prudensial tələblərini üstələyib və ötən ildən başlayaraq əhəmiyyətli artım nümayiş etdirib.