ING Group Azərbaycanda istehlak inflyasiyasının artacağını proqnozlaşdırır.
Finss.az xəbər verir ki, Niderlandın ING Group maliyyə qrupunun qiymətləndirmələrinə görə, Azərbaycanda istehlak qiymətləri indeksi (CPI) 2024-cü ildə 4,9%, 2025-ci ilin sonuna qədər 5,1%, 2026-cı ildə isə 5,8% səviyyəsinə yüksəlməsi gözlənilir.
Hesabatda bildirilir ki, ərzaq seqmentində təzyiq davam etsə də, tələbdən yaranan inflyasiya amilləri azalaraq CPI-nin avqust ayında 4,9%-ə yavaşlamasına imkan verib. Neftin aşağı qiymətləri istehsal xərclərini bir qədər azaltsa da, tələb tərəfdən təzyiq hələ yüksəkdir.
Azərbaycan Mərkəzi Bankı (AMB) orta müddətli perspektivdə inflyasiyanın illik 5%-dən aşağı olacağını proqnozlaşdırır və iyul ayında əsas uçot dərəcəsini 7%-ə endirib.
Fuad Mədətov
Finss.az