Qeyri-maliyyə sektoru üzrə risklər idarə olunan səviyyədədir.
Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"na görə, 2024-cü ilin sonuna bank sektorunun biznes portfelinin ümumi həcmi 14,8 milyard manat təşkil edib. Biznes portfelinin 56%-i üzrə müştərilər təhlil edilib və qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu müəyyən edilib.
Hesabatda bildirilir ki, təhlilə daxil olan şirkətlərin 91%-i mənfəətlə fəaliyyət göstərir. Sektorun mənfəətliliyi əməliyyat mənfəəti marjası və xalis mənfəət marjası göstəriciləri vasitəsilə qiymətləndirilib, informasiya və rabitə sektorunda mənfəətlilik digər sektorlara nisbətən yüksək olub.
Qeyri-maliyyə sektorunun likvidliyi mütləq və cari likvidlik əmsalları əsasında qiymətləndirilib. Təhlil nəticəsinə görə, real sektorda mütləq likvidlik əmsalı aşağı olsa da, cari likvidlik əmsalı 1-dən yüksək olub, yalnız informasiya və rabitə sektorunda bu göstərici 1-dən aşağı olub.
Fuad Mədətov
Finss.az