BANK

09 Oktyabr

Azərbaycanın ödəniş sistemlərində fərqli dinamika: AÖS artıb, LVPCSS azalıb

Azərbaycanın Ani Ödəniş Sistemi üzrə əməliyyatların həcmi artıb, LVPCSS-də isə azalma müşahidə olunub.

Finss.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, 2025-ci ilin avqust ayında Azərbaycanın Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 242,2 milyon manat, sayı isə 900 min ədəd təşkil edib. Bu göstəricilər 2024-cü ilin avqust ayı ilə müqayisədə məbləğ baxımından 2,5 dəfə, kəmiyyət baxımından isə 14 dəfə artıb.

Qeyd edək ki, ötən ilin avqust ayında AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 95,3 milyon manat, sayı isə 63,9 min ədəd olmuşdu.

Eyni dövrdə Xırda Ödənişlərin Hesablaşma Klirinq Sistemi (LVPCSS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,97 milyard manat, sayı isə 9,396 milyon ədəd təşkil edib. Ötən ilin avqust ayı ilə müqayisədə LVPCSS əməliyyatlarının həcmi 522 milyon manat və ya 11,6%, sayı isə 4,6 milyon ədəd və ya 33,7% azalıb.

Fuad Mədətov
Finss.az